0
Sunday 3 June 2012 - 00:04

Putin: Prezident Əsədi yıxmaq üçün Liviya modelindən istifadə edilməməlidir

Story Code : 167749
Putin: Prezident Əsədi yıxmaq üçün Liviya modelindən istifadə edilməməlidir
Putin: Prezident Əsədi yıxmaq üçün Liviya modelindən istifadə edilməməlidir
Islam times.org/az/ - Cümə günü Parisdə Fransa prezidenti Francois Hollande ilə görüşən Vladimir Putin deyib: “Axı biz niyə elə fikirləşirik ki, halhazırkı prezidenti hakimiyyətdən yıxdıqdan sonra ora daha yaxşı rəhbər gələcək?”

O deyib: “Liviyada nə baş verir? İraqda nə baş verir? İndi ora təhlükəsizdirmi? Biz heç olmasa bu səfər Suriyada ehtiyatlı və balanslı şəkildə davranmalıyıq. ”

Rusiya prezidenti həmçinin Suriyanın həddən artıq təhlükədə olduğunu və vətəndaş müharibəsinin astanasında olduğu haqda xəbərdarlıq edib.

Putin daha sonra deyib: “Sanksiyalara gəlincə, bu məsələ BMT Təhlükəsizlik Şurasında müzakirə edilməlidir. Bildiyiniz kimi sanksiyaların hələ elə də təsiri yoxdur. Bizim halhazırda görməli olduğumuz ilk iş Suriyada yarana biləcək vətəndaş müharibəsinin qarşısını almaqdır.”

Putin qeyd edərək bildirib ki, halhazırda onun ölkəsi Suriyadakı münaqişənin minimum endirmək üçün əlindən gələni edir.

O deyib: “Biz nə Bəşşar Əsədin, nə də müxalifətin tərəfindəyik. Biz münaqişənin son qoyulmasına və vətəndaş müharibəsinin qarşısının alınmasına çalışırıq. Suriya haqda bizim siyasətimiz bundan ibarətdir.”

Rusiya prezidenti həmçinin Suriya silahlı qruplaşmalarını yüzlərlə dinc vətəndaşları öldürməkdə ittiham edib.
Source : Islamtimes
Comment