0
Wednesday 6 June 2012 - 01:09

Qanunsuz silah gəzdirən ABŞ diplomatları həbs edilib

Story Code : 168530
Qanunsuz silah gəzdirən ABŞ diplomatları həbs edilib
Qanunsuz silah gəzdirən ABŞ diplomatları həbs edilib
www.Islam times.org/az/ - Polis rəsmilərinin bildirdiyinə görə üç Pakistan vətandaşı ilə birlikdə olan diplomatlar bazar ertəsi günü Pişəvar avto yolunun girəcəyində yoxlanış nəzarət məntəqəsində saxlanılmışlar, ancaq polislərə maşında axtarış keçirmək üçün icazə verməmişdilər.

Buna baxmayaraq polis maşını yoxlamış və bir neçə tüfəng, tapanca və döyüş sursatları aşkar etmişdir.

ABŞ konsulu general Mary Riçard ABŞ vətəndaşlarının sorğu sual etmək üçün saxlanıldığı polis məntəqəsini ziyarət etmiş və polisə silahların onlarda qala biləcəyini, ancaq ABŞ diplomatlarını azad edilməsini bildirib.

2011-ci ilin yanvar ayında diplomat kimi fəaliyyət göstərən CİA agenti aymond Davis Lahorda iki Pakistan vətəndaşını silahdan atəş açaraq qətlə yetirmişdir və bud a diplomatic gərginliyə səbəb olmuşdur.

Pakistan onu qatil kimi mühakimə etdi, ancaq Vaşinqton tərəfi onun Lahor konsulluğunun inzibati və texniki işçisi olduğunu bildirmiş və onun diplomatik toxunulmazlığı olduğunu demişdir.

2011-ci ilin mart ayında Davis zərər çəkmişlərin ailəsinə 2.4 milyon dollar qan pulu ödədikdən sonra Pakistanı tərk etməsinə icazə verilmişdir.

Davis hadisəsindən sonra İslamabad bütün CİA agentlərini ölkəni tərk etmələrinə əmr vermiş, ancaq yerli mənbələrin bildirdiyinə görə hələ də Pakistanda işləyən CİA agentləri var.
Source : Islamtimes
Comment