0
Wednesday 6 June 2012 - 04:29

"İrana hücumdan 5 dəqiqə sonra ..."

Story Code : 168556
"İrana hücumdan 5 dəqiqə sonra ..."
"İrana hücumdan 5 dəqiqə sonra ..."
İsrail rejiminin təhlükəsizlik orqanı olan “Mossad”ın keçmiş rəhbəri Meir Daqan iyunun 4-də jurnalistlərə açıqlamasında Qərbin İrana mümkün hərbi hücumundan danışıb.

“Media forum” saytının məlumatına görə, İrana hərbi hücumun əleyhinə olduğunu bildirən Meir Daqan deyib: “İrana hərbi hücumdan 5 dəqiqə sonra bütün bölgəni müharibə bürüyəcək. Hücum etmək çox asandır. Lakin heç kəs soruşmur ki, bu hücumdan 5 dəqiqə sonra nə baş verəcək. İrana hərbi hücumdan 5 dəqiqə sonra biz regional bir müharibə ilə üz-üzə qalacağıq.

Əgər mən inana bilsəydim ki, İranın nüvə proqramını bir hücumla 10 il geriyə atmaq olar, onda hücumun tərəfdarı olardım.
Comment