0
Thursday 7 June 2012 - 13:32

Eynulla Fətullayev Mövsüm Səmədovla görüşüb

Story Code : 169039
Eynulla Fətullayev
Eynulla Fətullayev
İyunun 6-da “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev Bakıdakı 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovla görüşüb. Qurumdan “Media forum” saytına daxil olan xəbərdə deyilir ki, müəssisədə keçirilən monitorinq çərçivəsində baş tutub.

Ciddi rejimli bu müəssisədə ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslər cəza çəkir. Monitorinq qrupunun üzvləri məhkumların saxlanma şəraiti ilə tanış olublar. Qrup son bir ildə 11 saylı müəssisədə struktur dəyişiklikləri və islahatlar həyata keçirilməsindən sonra qayda-qanunun və saxlanma şəraitinin nümunəvi olması qənaətinə gəlib. Eynulla Fətullayev bildirib ki, bu kolon digər cəzaçəkmə müəssisələri üçün də örnək ola bilər: “Bizim təşkilat bu vaxta qədər 12 cəzaçəkmə müəssisəsində monitorinq keçirib. Məncə, ən yaxşı şərait məhz 11 saylı müəssisədə yaradılıb”.
Source : media forum
Comment