0
Sunday 10 June 2012 - 00:57

İsrail şəhər salma ilə sülh arasında birini seçməlidir

Story Code : 169748
İsrail şəhər salma ilə sülh arasında birini seçməlidir
İsrail şəhər salma ilə sülh arasında birini seçməlidir
"IslamTimes" Almaniya KİV-nə istinadən xəbər verir ki, Misir xarici işlər naziri Məhəmməd Əmr işğalçı İsrail rejimini kəskin tənqid edib. Tənqidə səbəb isə sionist rejimin baş naziri Benyamin Netanyahunun işğal altında olan Fələstin torpaqlarında daha 158 vahid mənzil tikilməsinə razılıq verməsi olub.

O deyib: “İsrail rejimi bu addımları ilə iki ölkə arasında sülhə aparan yolları bağlayır. Sionist rejim bir iş görür ki, hətta gələcəkdə belə sülh əldə edilməsi ehtimalı olmasın.”

Misir xarici işlər naziri əlavə edib: “Sionist rejimin beynəlxalq tənqidlərə baxmayaraq işğal olunmuş Fələstin torpaqlarında tikintiləri davam etdirməsi onu göstərir ki, bu rejim dünya ölkələrini saya salmır və beynəlxalq qanunlara əhəmiyyət vermir.”

Sonda isə Məhəmməd Əmr deyib: “İsrail şəhər salma ilə sülh arasında birini seçməlidir.”
Comment