0
Thursday 14 June 2012 - 19:57

ABŞ Suriyada müharibə edəcəyi təqdirdə Rusiya bunu cavabsız qoymayacaq

Story Code : 171289
ABŞ Suriyada müharibə edəcəyi təqdirdə Rusiya bunu cavabsız qoymayacaq
ABŞ Suriyada müharibə edəcəyi təqdirdə Rusiya bunu cavabsız qoymayacaq
Islam times.org/az/ - Press TV-yə ekskluziv müsahibə verən Doktor Vebster Griffin Tarpley ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland və NATO rəhbəri Foq Rasmussenin Suriyanı Bosniyaya bənzətmələrini və NATO-nun Təhlükəsizlik Şurasından kənarda birtərəfli olaraq bombalı hücum edə bilməsinə işarə edib.

Tarpley Rusiyanın bu bəyanata tez cavab verdiyini deyərək bildirib ki, Rusiya mediası Prezident Vladimir Putinin iki Rus diviziyasını – paraşut desant qoşununu və piyada diviziyasını, üstəgəl Tartus və Suriyada təcrübələri olan Spetsnaz Briqadasını mümkün toqquşmaya hazır olmaları haqda tapşırıq veridiyini açıqlayıb.

O izah edərək deyib: “İstənilən hər vaxt Suriya hökuməti Rusiyanın bu hərbi qüvvələrinin ölkəyə dəvət edə bilər və bu heç bir beynəlxalq qanunların pozulması sayılmayacaq.”

Tarixçi həmçinin İsrailin Suriya hökumətinin qadın, kişi və uşaqlara qarşı kimyəvi silahlardan istifadə etməsini iddia etməklə hərbi müdaxiləyə bəhanə qazandırmaq istədiyini bildirib.
Source : Islamtimes
Comment