0
Sunday 17 June 2012 - 12:44

İran və Misirin vəhdəti İsrail və hegamonların bütün cəhdlərini boşa çıxaracaq

Story Code : 172015
İran və Misirin vəhdəti İsrail və hegamonların bütün cəhdlərini boşa çıxaracaq
İran və Misirin vəhdəti İsrail və hegamonların bütün cəhdlərini boşa çıxaracaq
Islam times.org/az/ - Şənbə günü Tehranda Misir inqilabı zamanı şəhid olmuş insanların ailələri ilə görüşən prezident Əhmədinejad deyib: “Əgər Misir və İran bir olarlarsa, bu zaman düşmən və Sionistlərin ağalığına son qoymaq üçün heç bir müharibəyə ehtiyac olmayacaq, çünki İran və Misir arasında olan vəhdət Sionistlərin regiondan qaçmasına səbəb olacaq.”

O əlavə edərk deyib: “Sionistlər həyasızcasına elan ediblər ki, onlar tək Fələstin ərazilərinin işğalı ilə kifayətlənməyəcəklər və onlar başqa ərazilərə də göz dikiblər. Ancaq əgər region dövlətləri bir olsalar bu zaman Sionistləri və hegamon dövlətləri regiondan qovmaq üçün müharibəyə ehtiyac olmayacaq.”

O sözünə davam edərək deyib ki, regionun problemləri o vaxt həll olunacaq ki, Sionist, ABŞ və onların müttəfiqləri regiondan çıxmış olsunlar.

İran prezidenti daha sonra deyib: “İran xalqı Misir xalqını axıra kimi dəstəkləyəcək və hədəflərinə çatmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.”

O deyib: “İran xalqı Misir xalqının inkişafı üçün əlində olan bütün gücdən istifadə edəcək, çünki İran Misirin inkişafını öz inkişafı kimi bilir.”
Source : Islamtimes
Comment