0
Wednesday 20 June 2012 - 08:50

Gey-lesbian, fahişələr buyursun, siğə olmaz!

Story Code : 172771
Gey-lesbian, fahişələr buyursun, siğə olmaz!
Gey-lesbian, fahişələr buyursun, siğə olmaz!
Şərqdə kişilikdən nişanə qaldığı üçün fahişəlik də var. Şəhvət problemini aradan qaldırmaq üçün qanuni yollar da mövcuddur: müvəqqəti (siğə) və daimi nikah. İslam düşmənlərinin əlindəki saxta kartlardan biri də siğə hay-küyüdür. Cəmiyyətə belə təlqin olunur ki, qadın fahişəlik edə bilər, amma siğə ilə nikaha girməsi ayıbdır.
Növbəti qalmaqal Tacikistanda yaşanıb. Bu barədə Mediaforum yazır...
Tacikistan paytaxtı Düşənbənin cümə namazının rəhbərlərindən olan ruhani Ehsan Əbdülbəsir Səidov jurnalistlərə açıqlamasında tacik qadınların bu ölkədə yaşayan iranlı kişilərə siğə olunmasına qarşı çıxıb. “Media forum” saytının məlumatına görə, siğənin Tacikistanda yayılmasından narahat olduğunu vurğulayan Ehsan Əbdülbəsir Səidov qadınlara xəbərdarlıq edib ki, belə bir evliliyə girməsinlər: “Bir çox tacik qadınlar siğə adlandırılan İransayağı müvəqqəti evliliyin qurbanı olublar. Siğədə məqsəd fahişəliyi qanuniləşdirməkdir. Bu isə heç vaxt qanuni evlilik sayıla bilməz. Biz bunu günah sayırıq…”
Maraqlıdır ki, Ehsan əkə siğənin məsuliyyət yaratdığını bilə-bilə belə danışır. O yaxşı bilir ki, siğə ilə nikahda doğulan uşaq qanunidir və kişinin övladı sayılır, bir qadın menustrasiya keçirməmiş ikinci kişi ilə siğəyə girə bilməz. İnsan vicdanını nə qədər itirməlidir ki, bu məsuliyyətlərə kor olsun!
Comment