"FarsNews"un verdiyi xəbərə görə, bu barədə "Gallup" məlumat yayıb. Məlumata əsasən, bir sıra İsrail internet resursları kütləvi haker hücumuna məruz qalaraq tamamilə yararsız hala düşüb.
Sıradan çıxmış saytlar arasında həmçinin Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, hərbi strukturların, İsrailin ümumi Təhlükəsizlik Xidməti ŞABAK, Mossad və digərlərinin saytları var. Nazirlər Kabineti xidməti tərəfindən saytların texniki nasazlıq səbəbindən profilaktikada olması barədə bəyanat verilib. Onlar bu gülünc iddia ilə biabırçı olayı ört-astır etmək niyyətindədir.