0
Saturday 23 June 2012 - 17:57

Sabah Misirdə yeni inqilab dalğası başlayacaq

Story Code : 173595
Misir, Müsəlman qardaşları
Misir, Müsəlman qardaşları
Misirin "Əl-Əhram" qəzeti yazıb ki, diktator Hüsnü Mübarəkin baş naziri olmuş Əhməd Şəfiq sabah prezident elan olunacaq.

Qəzet yazır ki, Şəfiqin qələbəsi seçicilərin 50.7 faiz səsi ilə elan olunacaq.

Qeyd edək ki, Əhməd Şəfiq və islamçı qüvvələrin namizədi Məhəmməd Mursinin seçki qərargahları öz qələbələrini elan ediblər.

Seçkilərin nəticələrinin iyunun 20-də elan olunması gözlənilirdi. Amma sonradan guya çoxlu sayda şikayətlərin olmasını nəzərə alıb, nəticələrin elanını təxirə saldılar.

Misirin Ali Hərbi Şurası isə müsəlmanların namizədini xalqı kütləvi aksiyalara dəvət etməklə iğtişaş yaratmaqda ittiham edir.

"Müsəlman qardaşlar" hərbçilərə cavab olaraq bildirib ki, generallar xalqın demokratik qələbəsini əzməyə çalışırlar. Bu isə azadlıq hissinin boğulması deməkdir.

Analitiklər isə bildirirlər ki, Əhməd Şəfiqin xalq tərəfindən prezident seçilməsi qeyri-mümkündür. Onlar fikirlərinə əsas kimi isə göstərirlər ki, Hüsnü Mübarək rejimindən təngə gəlmiş xalq ayağa qalxaraq inqilab edib diktatoru devirdi. Bəs necə oldu ki, indi yenidən 30 ildir onlara zülm edən bir rejimin baş nazirinin yenidən onlara rəhbərlik etməsinə səs versinlər. Bu absurddur.
Xatırladaq ki, seçkilərdən bir müddət öncə Qətərin Kəşfiyyat İdarəsinin rəhbəri Misirə külli miqdarda pul apararkən saxlanılmışdı. Bundan əlavə, İngiltərənin də seçkilərin birinci turunda Əhməd Şəfiqə 2 milyard funt sterlinq ayırdığı məlumdur. Həmin pulun 250 funt sterlinq şəklində seçicilərə paylandığı bildirilir. Misirdə isə əhalinin aylıq gəliri 30 dollar civarındadır. /HaqqYolu/
Comment