0
Monday 25 June 2012 - 00:42

Vaqif Abdullayevin səhhəti pisləşib

Story Code : 173977
Vaqif Abdullayevin səhhəti pisləşib
Vaqif Abdullayevin səhhəti pisləşib
Islam times.org/az/ - Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan təşkilatı məsələlər üzrə sədr müavini Vaqif Abdullayevin səhhəti pisləşib. Bu barədə Vaqif Abdullayevin ailə üzvləri məlumat veriblər.

Onların sözlərinə görə, iyunun 22-də V.Abdullayevin səhhətinin qəflətən pisləşdiyi və Bakıda Penitisiar Xidmətin Müalicə Müəssisəsinə aparıldığı barədə məlumat alıblar. Amma hələ ki, onunla görüşə bilməyiblər.

Qeyd edək ki, V.Abdullayevin səhhətində hələ təqsirləndirilən şəxs qismində həbs olunandan ciddi problemlər olub. AİP üzvü daim müalicə alıb. Onun bronxlarında problemi var və əgər daim müalicə olunmazsa, astma xəstəliyinə çevrilə bilər.Ailə üzvləri hazırda Vaqif Abdullayevin yatdığı 12 saylı cəzaçəkmə müəssisəsində tez-tez küləkli havanın müşahidə olunduğunu və tozlu havanın ona çox pis təsir etdiyini bildirib.

Onların sözlərinə görə, Vaqif Abdullayevin həmçinin ürəyində və mədəsində də problemlər var: «O, son vaxtlar bel ağrılarından da şikayət edirdi».

Qeyd edək ki, Vaqif Abdullayev istintaq müddətində dəfələrlə təcili yardıma ehtiyacı olub, hətta bir dəfə də Penitisiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb.
Xatırladaq ki, Abdullayev Vaqif 2011-ci ilin yanvarın 7-də polis tərəfindən saxlanılıb və barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Daha sonra Vaqif Abdullayev barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 228.3 və 278-ci maddələri üzrə istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin 7 oktyabr 2011– ci il tarixli hökmü ilə Vaqif Abdullayev 11 il müddətinə azadlıqdan məhrum edilib. AİP funksionerinin apellyasiya şikayəti təmin olunmamışdı.
Source : faktxeber
Comment