0
Monday 25 June 2012 - 22:23

İrana qarşı sanksiyalar Avropa iqtisadiyyatını çökürür

Story Code : 174143
İrana qarşı sanksiyalar Avropa iqtisadiyyatını çökürür
İrana qarşı sanksiyalar Avropa iqtisadiyyatını çökürür
BMT və Avropa Birliyinin sanksiyalarından yayınmaq üçün şirkətlərə böyük zaman və xərc lazımdır. Çetm Haus İnstitutu BMT və Avropa Birliyinin 2010-cu ildə İrana sanksiyalarının dünya bazarına və Qərb iqtisadiyyatına zərərlərini araşdırır. İnstitut öz xülasə hesabatında yazır ki, İrana və Şimali Koreyaya qarşı sanksiyalar ümumi iqtisadiyyata zərbə olub. İrana qarşı 4 qətnamə qəbul edilib. İlk qətnamə 1737 saylı qətnamədir. İranın nüvə proqramı və raket sənayesinə qarşı sanksiyalar, İnqilab Keşikçiləri Korpusu, gəmiçilik sahəsinə qoyulan məhdudiyyətlər öz sözünü deyib. İranla əlaqələrə görə 76 təşkilat və 43 şəxs cəzalandırılıb.
Çetm Hausun hesabatına görə İrana qarşı sanksiyalar iki məqsəd daşıyır: İranı müzakirələrə sövq etmək, nüvə proqramının şəffaflığının təmini. Əlbəttə burada nüvə proqramını ləngitmək də nəzərdə tutulur. Son məqsəd İranla ciddi danışıqlara başlamaq və problemi sülh yolu ilə həll etməkdir.

Hesabatda sanksiyalar haqqında bildirilir ki, bu sanksiyalar investisiyalara mane olur. Hər qətnamədə şəxs və müəssisələrin siyahısı var. Sanksiyalar xüsusi bir şəraitdə İranla ticari alış-verişi məhdudlaşdırır. Çetm Haus deyilənləri nəzərə alaraq bildirir ki, təşkilatlar və şəxslər İran bankları ilə, onların xaricdəki şöbələri ilə əməliyyatlarda ehtiyatlı olmalıdırlar.
Bu barədə əhaliyi müraciət olunmalıdır. BMT-nin komissiyası, 1737-ci komitə sanksiyaların tətbiqi ilə bağlı informasiya tələb edir.

Hesabatda qeyd olunur ki, sanksiyalardan yaranacaq iqtisadi böhran düzgün qiymətləndirilməli və zərərlər hesablanmalıdır.

İqtisadi şirkətlərin sanksiyalarda rolu böyükdür. Eyni zamanda zərərə düşən də bu şirkətlərdir. Sanksiyalar siyasidir, buna görə də müxtəlif ölkələrin münasibəti fərqlidir. BMT-nin yeni sanksiyaları şirkətlər üçün dönüş nöqtəsi olub. 2010-cu ildəki qadağalar Qərb iqtisadiyyatına daha çox təsir göstərib.

Çetm Haus əlavə edir ki, Avropa Birliyinin sanksiyaları geniş və planlı olub. Nəzərdə
tutulub ki, İranla əlaqə saxlaması qadağan olunmayan şirkətlər məhdudiyyətlərdən zərər çəkməsin. Amma məhdudiyyətlər geniş olduğundan bu zərərlərdən qaçmaq çox böyük araşdırmalar tələb edir.

Hesabata görə İranla əlaqə saxlayan hər bir şirkət öz fəaliyyətləri ilə bağlı məlumat verməlidir. Bu böyük bir prosesdir və bürokratik durum onun həyata keçməsini əngəlləyir.

Çetm Haus bildirir ki, Avropa Birliyinin 2010-cu ildəki qadağaları ABŞ-ın sanksiyalarından fərqlənir. Avropa Birliyinin şirkətləri FAKO – ABŞ xarici maliyyə qurumu ilə razılığa gələ bilməyib. Hər şirkətdə sanksiyalara nəzarət üçün bir mütəxəssisin fəaliyyəti nəzərdə tutulub.
Bütün bu problemlər səbəbindən bir çox şirkətlər İranla əlaqələrdən birdəfəlik imtinanı üstün tutub.

İnstitut hesabatında qeyd edir ki, sanksiyaların icrası asan deyil. Çünki onun sərhədləri müəyyənləşməyib. Bütün Avropa sanksiyaların tətbiq oluması çətin prosesdir. Digər tərəfdən bu sanksiyalar şəffaf deyil.

Çetm Hausun hesabatına əsasən, şirkətlər rəsmi ya qeyri-rəsmi şəkildə güzəşt tələb edir. Sanksiyalardan güzəşt almaq üçün bürokratik aparat əngəl olub. Prosesdə şəffaflığın olmaması şirkətlər üçün böyük xərclərlə müşayiət olunur.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment