0
Friday 29 June 2012 - 15:32

ABŞ-da 7 yaşlı qız odlu silahla qətlə yetirildi

Story Code : 175240
ABŞ-da 7 yaşlı qız odlu silahla qətlə yetirildi
ABŞ-da 7 yaşlı qız odlu silahla qətlə yetirildi
"IslamTimes" “Fox News” telekanalına istinadən xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində 7 yaşlı qız odlu silahdan açılan atəş nəticəsində həlak olub.

Saçlarını darayıb, gəzinti üçün geyinib-keçinən bu azyaşlı valideynlərinin gözü önündə güllə ilə vurularaq qətlə yetirilib.

7 yaşlı Heaven Sutton acı hadisədən bir müddət öncə yaşadığı məntəqədəki zorakılıq halları səbəbindən ailəsinə oradan köçməklə bağlı xahiş edibmiş.

Çikaqo polisi iki nəfərin qəfildən ətrafdakı insanları atəşə tutduğunu bildirir. Heaven Sutton da atəş səslərini eşitdikdən sonra evə doğru qaçarkən qətlə yetirilib.

Dünyada özünü terrorizmlə mübarizə aparan bir dövlət kimi tanıtdırmaq istəyən ABŞ-da cinayətkarlar üçün odlu silah əldə etmək su içmək kimi asan bir işdir. Birləşmiş Ştatlarda 15 yaşdan kiçik uşaqların odlu silahla qətlə yetirilmə halları digər ölüm hallarından 12 dəfə artıqdır.
Comment