0
Monday 2 July 2012 - 10:20

İran ordusundan ABŞ və İsrailin təhdidlərinə cavab

Story Code : 176003
İran ordusundan ABŞ və İsrailin təhdidlərinə cavab
İran ordusundan ABŞ və İsrailin təhdidlərinə cavab
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, İranın HHQ-nin "Böyük Peyğəmbər" adlı hərbi təlimləri dünya mediasında geniş müzakirə olunub.

"Associated Press" "İran raketlərdən istifadə ilə hərbi təlimlər keçirir" adlı xəbərdə yazıb ki, güclü İran ordusu bu həftə hərbi təlimlər keçirməyi planlaşdırır.

"Associated Press" uyğun xəbərdə İranın "Şəhab-3" adlı raketinin 2000 kilometr uzaqlıqdakı hədəfi məhv etməyə və İsrail və Avropanın cənubundakı məntəqələri hədəfə almağa qadir olduğunu vurğulayıb.

İsrailin "Yediot Aharonot" qəzeti təcili bir xəbərlə İranın 3 günlük hərbi təlimlərə başladığını yazaraq, Hacızadənin "İsrail İrana hücum edə bilməz" sözlərini müzakirə edib.

Fransa KİV də İslam Respublikasının səhrada hərbi təlimlər keçirəcəyindən xəbər verərək, bu təlimlərin ABŞ və İsrailin hədələrinə cavab olduğunu bildirib.

Bundan əlavə Çin Kütləvi İnformasiya Vasitələri, İngiltərənin Guardian qəzeti, BBC, YahooNews, ArabNews və bir çox digər xəbər agentlikləri İranın keçirəcəyi hərbi təlimlərdən yazıb.

İran İslam Respublikası isə bazar ertəsi başlayan 3 günlük "Böyük Peyğəmbər-7" adlı təlimlərdə uzaq, orta və yaxınmənzilli raketlərin istifadə olunacağını xəbər verib.
Comment