0
Tuesday 3 July 2012 - 23:28

Kofi Annanın Bəşar Əsədə qarşı gizli fəaliyyəti

Story Code : 176454
Kofi Annanın Bəşar Əsədə qarşı gizli fəaliyyəti
Kofi Annanın Bəşar Əsədə qarşı gizli fəaliyyəti
Suriya əleyhinə Cenevrə iclası beynəlxalq qanunların açıq-aşkar pozulması idi. Rusiyanın Xarici Siyasət Araşdırmaları İnstitutunun direktoru Kofi Annanın Suriyadakı fəaliyyətlərinə işarə edərək, onu ABŞ-ın Bəşar Əsədə qarşı vuran əli adlandırmışdır. Veranika Kraşninkova Cenevrə iclasına işarə ilə deyib: “Cenevrədə Suriya mövzusunda araşdırmaların nəticəsi ayrı-ayrı şəxslər tərəfindən müxtəlif cür dəyərləndirilir. ABŞ xarici işlər naziri Hillari Klinton düşünür ki, qarşılıqlı anlaşma Bəşar Əsədin hakimiyyətdən getməsi deməkdir. Əksinə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçid dövlətində hamının təmsil olunmasını zəruri sayır.”

Araşdırma müəssisəsinin direktoru Kraşninkova əlavə edib: “Bu iki mövqe barədə düşünmək lazımdır. 5 dövlət bir araya gəlib və Suriya xalqının iştirakı olmadan onun taleyini müəyyənləşdirir. Hansı ki, onlardan belə bir fəaliyyət xahiş edilməyib. Bu addım beynəlxalq hüquq normalarının aşkar pozulmasıdır. Ən pisi budur ki, bu mövzu kimsəni narahat etmir.”

Rusiyalı mütəxəssis bildirir ki, son Cenevrə bəyanatı Rusiyanın sayəsində Bəşar Əsədin hakimiyyətdən getməsini nəzərdə tutmayıb. Əvəzində elan olunub ki, yeni dövlət iki tərəfin razılığı əsasında qurulmalıdır. Əslində Rusiya və Çin Bəşar Əsədsiz müvəqqəti hökumət tanımır. Görək Kofi Annan mövzunu necə şərh edir. O deyir: “Dövlət iki tərəfin müzakirələri əsasında qurulmalıdır. Mən inanmıram ki, suriyalılar əli xalqın qanına batmış fərdi hakimiyyətə seçsin.” Mütəxəssis əlavə edir: “Fransa xarici işlər naziri də açıq mövqe bildirib: “Rusiya və Çin müxalif olsa da Bəşar Əsəd keçid dövlətində rol oynamayacaq. Suriya müxalifəti buna razı deyil. Demək Bəşar Əsəd hakimiyyətdən getməlidir.” Mütəxəssis deyib: “Belə görünür ki, Vaşinqton mövzunu Bəşar Əsədin gedişi ilə həll etmək istəyir. ABŞ Cenevrə razılaşması yolu ilə Bəşar Əsədin gedişinə yol açır. Bu işdə Kofi Annanın rolu göz qabağındadır. Amerika dövlətinin “pis polis” rəftarları Suriyada “yaxşı polis rəftarı kimi təqdim olunur.”

Rusiyalı mütəxəssis bildirir ki, 2012-ci ilin fevral ayında Suriya dövləti qiyamçıları yatırdığı bir vaxt Kofi Annan 6 maddəlik layihə ilə meydana atıldı. Terrorçular əməliyyatı davam etdirdiyi halda dövlət ordunu geri çəkdi. Əslində Kofi Annan planı qiyamçılara mövqelərini möhkəmlətmək imkanı yaratdı. Kraşninkovanın dediyinə görə Kofi Annan Cenevrə toplantısını hazırlamaq üçün Bəşar Əsədə qarşı yönəlmiş ikinci sülh planını ortaya atıb. Bu plana görə koalision dövlət hazırkı dövlət, müxalifət və başqa qruplardan təşkil olunmalıdır. Kofi Annanın fikrincə Houlə qətliamının günahkarları da dövlətdə yer almalıdır. Hansı ki, ölkə prezidenti bu imtiyazdan məhrum edilir. ABŞ-ın məqsədi Suriyanı qarışdırmaqla İrana qarşı cəbhə açmaqdır.
Comment