0
Wednesday 30 December 2009 - 16:14

YƏMƏN ABŞ-IN İƏĞAL ETDİYİ ÜÇÜNCÜ MÜSƏLMAN ÖLKƏSİ OLA BİLƏR?

Story Code : 17685
YƏMƏN ABŞ-IN İƏĞAL ETDİYİ ÜÇÜNCÜ MÜSƏLMAN ÖLKƏSİ OLA BİLƏR?
Öz milli maraqlarını iki müsəlman ölkəsini işğal edərkən “beynəlxalq terror”la mübarizə donuna geyindirən ABŞ, indi eyni bəhanələrlə Yəmənə girmək niyyətindədir.

Yəməndə Əhli-beyt (ə) yolçularının qətliamını təşkil edən Yəmən rəhbərliyi və Səudiyyə Ərəbistanına lazımi yardımları göstərmiş, hətta Əhli-beyt (ə) aşiqlərinin yaşadıqları əraziləri öz təyyarələrindən fosfor bombası atəşinə tutmuş ABŞ-ın daha qatı gizli planları ortalığa çıxır.

“Nyu York Tayms” (New York Times) qəzetinin yaydığı xəbərə görə, keçən il ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Yəmənə özünün ən güclü agentlərini göndərib, ABŞ Hərbi Qüvvələrinin ən aparıcı təlimatçıları isə Yəmən rəhbərliyinin Silahlı Qüvvələri ilə təlim məşqləri həyata keçirib.

Bundan başqa Pentaqon Yəmənin zülmkar rəhbərliyinə hərbi yardımı bir neçə dəfə artırmaq qərarına gəlib. Mənbənin bildirdiyinə görə, indi Yəmənin Əhli-beyt (ə) yolçularına qarşı istifadə olunan bütün güclü silahlar məhz ABŞ-dan gətirilib.

“Bizim Yəməndə mövcudiyyətimiz artır. Orada bizim Xüsusi Əməliyyat Qüvvələrimizin təlimatçıları, kəşfiyatçılarımız, ən son hərbi texnologiyalarımız cəmlənib”, - deyə ABŞ Konqresinin Milli Təhlükəsizlik məsələləri üzrə Komitə sədri Cozef Liberman bildirib.
Comment