0
Sunday 8 July 2012 - 19:30

Fransa FİFA qaydalarını ayaq altına aldı

Story Code : 177498
Fransa FİFA qaydalarını ayaq altına aldı
Fransa FİFA qaydalarını ayaq altına aldı
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası (FFF) bildirib ki, bu ölkədə qanunlar sekulyarizm prinsipləri üzərində qurulduğundan FFF da bu qanunlara hörmətlə yanaşmalıdır. Sonda isə federasiya açıq şəkildə bəyan edib ki, Fransada qadın futbolçular yaşıl meydanda hicabdan istifadə edə bilməzlər. Bu ölkədə dinlə ictimai sahəni bir-birindən ayıran qanun da mövcuddur.

FİFA cümə axşamı baş örtüyündən istifadəni yasaqlayan qanunu ləğv etdi. Bu qanun 2007-ci ildə hicabın boyun nahiyəsində zədələnmə ehtimalını artırdığı bəhanəsi ilə tətbiq edilmişdi. Fransa dövləti isə bu qadağanın ləğvinə baxmayraq FFF-dan hələ də xanımların hicabla meydana çıxmasına mane olmağı tələb edib.
Comment