0
Tuesday 10 July 2012 - 20:12

Rusiya Hərbi Dəniz Flotunun gəmiləri Suriya sahillərinə üz tutdu

Story Code : 177996
Rusiya - Suriya
Rusiya - Suriya
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Rusiya Hərbi Dəniz Flotiliyasının Admiral Çabanenko layneri və daha üç desant gəmisi çərşənbə axşamı günü Severomorskdan Aralıq Dənizinə keçib. Hərbi-diplomatik mənbələr bildirir ki, bu hərbi karvana yolda Yaroslav Mudrı keşikçi gəmisi də qoşulacaq. "Reuters" bildirir ki, Smetlivı esminesi 10 iyulda Aralıq Dənizinə daxil olub. Bir ay öncə "NBC" telekanalı rus gəmilərinin Suriya sahillərinə doğru hərəkətini xəbər vermişdi. Amma o vaxt bu xəbər təsdiqlənmədi. Hazırda rus gəmilərinin üz tutduğu məntəqədə NATO Hərbi Dəniz təlimləri keçirir.
Comment