Əl-Qaidə Suriyanı qarışdırmaq üçün dəridən qabıqdan çıxır
Story Code : 178099
"IslamTimes" "Vesti.ru" saytına istinadən xəbər verir ki, Livanda düşərgə salmış Əl-Qaidəyə bağlı terrorçu qruplaşmalar müxtəlif vaxtlarda Suriya sərhəddini pozaraq terror əməliyyatları keçirir. Ötən gün yenə də ordu terrorçuların hücumuna məruz qalıb. Terrorçular ordunun cavab atəşləri altında geri çəkilməli olub. Suriya mətbuatı xəbər verir ki, atışma zamanı 5 kənd əhalinin qorunması məqsədi ilə boşaldılıb. Artıq Livanla sərhəddə Suriya ordu bölmələri yerləşdirilib.