0
Tuesday 10 July 2012 - 23:07
Ədalət Qurbanları

Əgər kimlərinsə məqsədi onu öldürməkdirsə...

Story Code : 178124
Vaqif Abdullayev
Vaqif Abdullayev
“Yerim yaxşıdır. Yanımdakı uşaqların hamısı namaz qılandır. Şükür olsun. Eybi yox bu yaşda demək qismətimizdə həbs də var imiş. Heç nədən narahatçılığım yoxdur. Birdə ağrılarım var. O da ki...”

Hacı Vaqif Abdullayev bu sözləri deyəndə hələ məhkəmənin hökmü oxunmamışdı. Məhkəmənin hökmü oxunanda adı cəmi bircə yerdə çəkildi. Digər 6 nəfərin hərəsinə 10 səhifəlik ittihamnamə, “dəlil-sübut” çıxarıldı. Amma Hacı Vaqif nə qədər gözlədisə cəmi bircə yerdə adını eşitdi. “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin məktubuna əsasən barəsində tədbir görülsün.” Bu da Hacı Vaqif Abdullayevin bütün ittihamı və 12 il həbs...

İndi Hacı Vaqif Abdullayev həbsxananın bir küncündə can verir. Vəziyyəti çox ağırdır. Amma ona deyəsən heç kimin kömək eləmək fikri yoxdur. Bir müddət əvvəl şair Əli Kərimin oğlu, təhsil nazirliyində əvvəllər işləmiş və rüşvət ittihamı ilə həbs olunmuş bir nəfərin həbsxanada vəziyyəti pisləşən kimi birbaşa prezidentin əmri ilə azad edildi. Düzdür burda hüquq müdafiəçiləri də rol oynadılar. Amma nədənsə Hacı Vaqif Abbdullayevə tərəf baxan da yoxdur. Çünki Hacı Vaqif hicab məhbusudur, namus, vicdan məhbusudur. Amma maliyyəsi qərbdən gələnlər buna necə baxsınlar ki? Bunları da qınamırıq. “Kim kimin çörəyin yeyirsə onun qapısında sülənər” deyib atalar.

Bu gün 60 yaşlı bir ağsaqqal xəstəliyi ucbatından can çəkişir. Düzdür Hacı Vaqif kimi dəyərli insanlar namus yolunda şəhadətdən çəkinən deyil. Əgər kimlərinsə məqsədi onu öldürməkdirsə bunun yalnız ziyanı var. Hacı Vaqifi həbsxanada öldürməklə onu müqavimət hərəkatının ilk şəhidi də edə bilərlər. Amma bundan sonra baş verə biləcək fırtınadan kim onları qoruyacaq?

Bu yerdə bir haşiyə də çıxmaq istəyirəm. Əgər Hacı Vaqifi zindanda öldürməklə dindarların gözünü qorxutmaq istəyirlərsə o zaman Hacı Abgül Süleymanovun bu sözlərini bir daha xatırlatmaq istərdim. “Biz qalibik, bizim heç nədən qorxumuz yoxdur. Zindan məğlubiyyət deyil...”

Bəxtiyar Səfa
Source : Xeber44
Comment