0
Wednesday 11 July 2012 - 23:00

Vandallar dördüncü dəfə məscidə hücum etdilər

Story Code : 178402
Vandallar dördüncü dəfə məscidə hücum etdilər
Vandallar dördüncü dəfə məscidə hücum etdilər
Islam times.org/az/ - Rusiyanın Balakova Saratovsk əyalətinin məscidi artıq dördüncü dəfədir ki, vandalların hücumuna məruz qalaraq yandırılır. Amma təəssüf ki, cinayətkarlar hələ də azadlıqdadırlar.

Yerli müsəlmanlar buna xuliqanlıq deyil ciddi cinayət adı versələrdə hələ ki, yerli təhlükəsizlik orqanları bu haqda bir tədbir görməyiblər. Balakova Saratovsk yerli müsəlman təşkilatının rəhbəri Fərid Tumarov bildirib ki, vandalların hücumu artıq birinci hal deyil.

Bununla dördüncü dəfədir ki, məscid hücuma məruz qalır. Bundan qabaqkı hallarda məscidin pəncərələrinin şüşələri dağıdılmışdır. Məscidin divarlarına təhqir edici sözlər yazılırdı. Bir dəfə məscidin qapısına molotof kokteli atsalarda xoşbəxtlikdən qapı yanmadı. İndi isə yenidən məscidi yandırmaq istəyirdilər.

İyul ayının 4-ündən 5-inə keçən gecə, məscidin ərazisinə içi benzinlə dolu şuşə qablar atılıb. Ərazidə yeni tikilən xırda tikintilərə od vurulub. Xoşbəxtlikdən bu zamanda məsciddə heç kəs olmayıb. Yanğın nəticəsində Məscidə ciddi ziyan dəyməsədə amma ərazidə olan xırda tikililər tamamilə yanıb. Stroy materiallar elektrik avadanlıqlarının hamısı yanaraq yararsız hala düşüb.
Source : İslamtimes
Comment