0
Friday 13 July 2012 - 23:46

İranın yüngül tonlu sualtı qayıqları çox qorxuludur

Story Code : 178893
İranın yüngül tonlu sualtı qayıqları çox qorxuludur
İranın yüngül tonlu sualtı qayıqları çox qorxuludur
Islam times.org/az/ - İranın yüngül tonlu sualtı qayıqları Fars Körfəzində Amerika ordusu üçün əməlli başlı əngəl yarada bilər. Bu haqda Amerikanın 5-ci hərbi Donanmasının hava qüvvələrinə 2008-2009-cu illərdə rəhbərlik etmiş Kristofer Xarmer məlumat verib.

Onun sözlərinə görə "mini sualtı qayıqlar çox problemli bir məsələdir. Çünki həcminə görə İranlılar onları Fars Körfəzinin və Ərəbistan yarımadasının istənilən yerlərinə göndərə bilərlər. Və onları izləmək qarşı tərəf üçün çətindir. Çünki onlar dənizin dərinliyinə bataraq bir müddət orada məqam gözləmə anında durmaq imkanlarına malikdirlər.

ABŞ hərbi dəniz donanması keçmiş Sovetin və indiki Rusiyanın sualtı qayıqlarını rahat izləyə bilir. Amma İrana gəldikdə bu biraz çətindir. Dayaz sularda onları izləmək adi iş deyil. O qayıqların səs-küyləridə az gəlir və akustikasıda qeyri adidir.

İran hər il dörd ədəd bu cür sualtı qayığı sulara buraxır. İran belə olan halda tez bir zamanda Hormuz boğazını bağlamaq imkanı əldə edir. Hətta İranın sualtı qayıqları desantlarlada təmin olunur və onlar istədikləri an istədikləri yerə minalar qoya bilərlər.
Source : İslamtimes
Comment