0
Sunday 15 July 2012 - 15:02

Mİ6 İrana qarşı gizli əməliyyatları etiraf edib

Story Code : 179320
Mİ6 İrana qarşı gizli əməliyyatları etiraf edib
Mİ6 İrana qarşı gizli əməliyyatları etiraf edib
Islam times.org/az/ - Mİ6 rəhbəri təyin edildikdən sonra ikinci səfər ictimaiyyət qarşısında çıxış edən Saver London ictimaiyyətinə deyib ki, Mİ6 agentləri İran qarşı gizli əməliyyatlarda fəal iştirak ediblər.

Saver həmçinin bildirib ki, İran nüvə silahı əldə etmək fikrindədir və əgər Britaniya gizli kəşfiyyat agentləri mane olmasaydılar İran 2008-ci ildə nüvə silahını əldə etmiş olardı.

Daha sonra Britaniya kəşfiyyat idarəsinin rəisi iddia edərək bildirib ki, İran 2012-ci ildə Nüvə silahına sahib olan dövlət olacaq və bu da ABŞ və İsrailin İrana qarşı hərbi hücumun başlanğıcı olacaq.

Saver bu iddiaları İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə agentlik tarixində digər ölkələrə nisbətən ən çox əməkdaşlıq etdiyi bir vaxtda etmişdir.

“The Guardian” qəzetinin yazarı və İmreial Kollecinin professor Abbas Edaletin bildirdiyinə görə 2009-cu ildə Saver İran nüvə enerji proqramına qarşı təxribat yaratmaq haqqında göstəriş vermişdir.

2010-cu ildə Məsud Əlimuhəmmədi, Məcid Şəhriyari və Firudin Abbasi hədəfdə olmuşdur.

2011-ci ildə digər İran nüvə alimi olan Dariuş Rzanecad qətlə yetirilmişdir və 2012-ci ildə nüvə alimi Məsud Əhmədi Röşən hədəfə alınmış və terror hücumunun digər qurbanı olmuşdur.
Source : Islamtimes
Comment