0
Tuesday 17 July 2012 - 12:27

Hərbiçimiz yaralanaraq neytral ərazidə qaldı

Story Code : 179840
Hərbiçi - Azərbaycan
Hərbiçi - Azərbaycan
Bu gecə cəbhənin Tovuz istiqamətində Ermənistan ordusunun açdığı atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin daha bir hərbi qulluqçusu vurulub. Bu əslən Tərtər rayonunun Seydimli kəndindən olan və müddətdən artıq xidmət edən Orucov Elçin Raquf oğludur. Ailə üzvlərindən aldığımız məlumata görə, hadisə gecə saat 22:00 radələrində baş verib.

Qohumlarının sözlərinə görə, Elçin Orucov yaralandıqdan sonra telefon vasitəsilə bir neçə dəfə qardaşına və atasına zəng edib.

Qeyd edək ki, hadisə Tovuz rayonunun Qaralar kəndi istiqamətində baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi barədə isə hələlik dəqiq məlumat yoxdur. Hərbi hissədən yaralının yaxınlarına bildirilib ki, hazırda Elçin Orucovun axtarışları davam edir. /ans/
Comment