0
Monday 23 July 2012 - 10:46

Mövsüm Səmədovu qapalı rejimli həbsxanaya köçürməyə çalışırlar

Story Code : 181353
Mövsüm Səmədovu qapalı rejimli həbsxanaya köçürməyə çalışırlar
Mövsüm Səmədovu qapalı rejimli həbsxanaya köçürməyə çalışırlar
Vəkil Anar Qasımlı AİP lideri Mövsüm Səmədovla görüşüb. Bu barədə FaktXeber-ə vəkilin özü məlumat verib.

Vəkilin sözlərinə görə Mövsüm Səmədov hazırda ciddi nəzarət altındadır: ”Ona hər hansı bir qəzetin və ya jurnalın verilməsinə icazə verilmir. Onunla görüşmək üçün kifayət qədər problemlərlə üzləşdim. Həmişəki kimi görüşlərdə istifadə etdiyim qanuni prosedurlara bu dəfə 11 saylı Cəza Çəkmə Müəssisənin əməkdaşları məhəl qoymadılar. Belə ki, heç bir qanuni əsası olmayan bir qaydada, ordenin orijinal nüsxəsini istədilər. Bəzi hüquq müdafiəçilərinə və mediaya orqanlarına müraciət etdikdən və Cəza Çəkmə Müəssisəsinin rəisi Fikrət Qafarovla kifayət qədər müzakirələr apardıqdan sonra nəhayət ki, görüşə icazə verdilər.”

Mövsüm Səmədovun səhhəti ilə bağlı hər hansı bir problemin olmadığını qeyd edən Anar Qasımlı, ”Mövsüm Səmədov ona qarşı digər məhbuslardan fərqli bir nəzarətin olduğunu bildirib. Eyni halda o 11 saylı Cəza Çəkmə Müəssisəsinə gətirildiyi gün 14 gün karsda saxlanılıb,”-deyə bildirdi: "Buna səbəb isə “Eurovision” la bağlı yazdığı müraciət olub. Lakin 7 gün saxlanıldıqdan sonra ona həbsxanada nizamsızlıq etdiyinə görə karsa salınması ilə bağlı sənədi imzalamasını istəyiblər. Mövsüm Səmədov razılıq vermədikdən sonra yenidən 7 gün karsda saxlayıblar.”

Vəkil sonda qeyd etdi ki, AİP lideri onu qapalı rejimli həbsxanaya köçürülməsi ilə bağlı tədbirlərin görüldüyünü bildirib: “Belə ki, həbsxanada olduğu müddətdə hər hansı məhbusdan bir neçə dəfə qanun pozuntusuna və nizamsızlığa görə şikayət edilirsə, həmin məhbus qapalı tipli cəza çəkmə müəssisəsinə göndərilir. Hazırda Mövsüm Səmədovla bağlı bu tip kampaniya aparılır. Məlumdur ki, Mövsüm Səmədov necə bir insandır. Təbii ki, onun hər hansı bir nizamsızlığa və ya etik qaydaların pozulmasına yol verməsi mümkün deyil. Lakin onunla bağlı bu kampaniya süni şəkildə həyata keçirilir.”
Comment