Taliban döyüşçülərinin ötən ay Əfqanıstanda ABŞ bazasına təşkil etdiyi silahlı hücumun görüntüləri yayımlanıb. 10 ton ağırlığında güclü partlayıcıdan istifadə edilən hücumda 2 amerikalı əsgər həyatını itirib, 3-ü ağır olmaqla 100 əsgər də yaralanıb.
Qeyd edək ki, hadisə keçən ay ABŞ-ın Əfqanıstanda yerləşən üçüncü böyük hərbi bazası olan "Camp Salerno"da baş verib. Taliban döyüşçülərinin "Youtube" internet saytına yerləşdirdiyi görüntülərdə hərbi bazanın 3 kameradan necə partladıldığı öz əksini tapıb. /FaktXeber/