0
Wednesday 25 July 2012 - 05:01

Amerika polisi silahsız vətəndaşa atəş açdı

Story Code : 181838
Amerika polisi silahsız vətəndaşa atəş açdı
Amerika polisi silahsız vətəndaşa atəş açdı
Islam times.org/az/ - Amerikanın Kaliforniya əyalətinin Anaxaym şəhərində Polislə silahsız vətəndaşlar arasında insident baş verib. Belə ki, ərazidə gəzən polis, bir neçə nəfəri maşın oğruluğu etməkdə şübhəli bilib onlara tərəf üz tutub. Bu zaman şübhəlilər aradan çıxmağa çalışıblar.

25 yaşlı Manuel Angel Diaz isə aşağıdan yuxarıya yəni binaların mənzillərinə daşlar atırdı. Naməlum səbəbdən əli silahlı polis Diaza tərəf atəş açır və Diaz qətlə yetirilir. Elə bu Səbəbə görə də İyul ayının 22-sində 50 nəfərə yaxın etirazçı polis məntəqəsinin önündə etiraz aksiyası keçirərək polis idarəsinə soxulublar.

Etirazçı vətəndaşlar "Sülh Yoxdur, "Ar Olsun" " Ədalət Yoxdur" şüarları səsləndirərək, polis məntəqəsinin içərisində etiraz ediblər. Bu zaman polis etirazçıları dağıdmağa çalışıb. Etirazçıların üzərlərinə polisə məxsus təlim keçmiş itlər hücum ediblər. Amma yerli polis bunu anlaşılmamazlıq adlandırıb və polis itinin maşından özünün açılıb qaçdığını bildirib. Kaliforniya polisinin belə öz başına əməlləri, artıq bir neçə dəfə vətəndaşlar tərəfindən etirazlara səbəb olub. Hətta 1992-ci ildə etirazlar zamanı 50 nəfər vətəndaş polis tərəfindən qətlə yetirilmişdir.
Source : İslamtimes
Comment