0
Wednesday 25 July 2012 - 05:56

Azərbaycan Respublikası rəsmilərnə öz tövsiyələrimizi bildirmişik

Story Code : 181892
Azərbaycan Respublikası rəsmilərnə öz tövsiyələrimizi bildirmişik
Azərbaycan Respublikası rəsmilərnə öz tövsiyələrimizi bildirmişik
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst həmçinin deyib: Ümidvarıq ki, əldə olunan razılıq və həyata keçirilmiş tədbirlərlə yaxın gələcəkdə iki ölkə arasındakı əlaqələrdə daha yaxşı vəziyyətin şahidi olaq. Çünki iki ölkə rəsmilərinin iradəsi İran islam Respublikası və Azərbaycan Respublikası arasında ən yaxşı münasibətlərə malik olmaqdır.

İrana casusluq etməsi ilə bağlı Tolişi Sədo qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Prokurorluğun əsassız ittihamı barəsində Beynəlxalq Səhər Telekanalı jurnalistinin sualını cavablandıran Ramin Mehmanpərəst deyib: Bəzi cərəyanlar və dövlətlərin iki ölkə arasındakı münasib əlaqələrdən razı qalmadıqlarına görə rəsmilər daha artıq sayıq olmalıdırlar.

Müxtəlif ideyaların açıqlanmasının mümkün olduğunu bəyan edən İran XİN sözçüsü söyləyib: Biz lazımi zamanlarda və münasib vasitələrlə Azərbaycan Respublikası rəsmilərnə öz tövsiyələrimizi bildirmişik və iki ölkə arasında yaxşı məsləhətləşmələr vardır.

"Əldə olunan razılaşmalara əsasən əlaqələrə mənfi təsir qoyacaq hərəkətlərin izlənilməsinə icazə verilməməlidir" –deyə Mehmanpərəst söyləyib.

İran rəsmisinin sözlərinə görə, İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri çox gözəl münasibətlərdir və biz tarixi, mədəni və inanc baxımından çoxlu ortaqlıqlara malikik.

"Ümidvarıq ki, əldə olunan razılaşmalarla yaxın gələcəkdə iki ölkə arasındakı münasibətlərdə daha yaxşı vəziyyətin şahidi olaq. Çünki iki ölkə rəsmilərinin iradəsi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ən yaxşı münasibətlərin olmasıdır" –deyə Mehmanpərəst qeyd edib.
Source : İRİB
Related Stories
Comment