0
Friday 27 July 2012 - 17:59

Yenə Ramazan ayı, yenə gözəllik müsabiqəsi

Story Code : 182628
Yenə Ramazan ayı, yenə gözəllik müsabiqəsi
Yenə Ramazan ayı, yenə gözəllik müsabiqəsi
“Baş verənləri bir cümlə ilə belə izah etmək mümkündür. Hakimiyyət həyata keçirdiyi eybəcərlikləri ört-basdır etmək üçün bu cür tədbirlərə geniş rəvac verir.”

Bu sözləri FaktXeber.com-a Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev müqəddəs Ramazan ayı ərəfəsində yəni 25 iyulda Azərbaycanda ilk dəfə olaraq keçiriləcək “Mədəniyyətlər Gözəli 2012” adlı gözəllik müsabiqəsi və Həcc mövsümündən öncə Cenifer Lopezin milyon dollarlar hesabına Bakıya gətirilməsinə münasibət bildirərkən qeyd edib.

Artıq bu cür tendensiyanın neçə illərdir ki, müşahidə edildiyini bildirən Eldəniz bəy, “baş verənlərin hamısı düşünülmüş şəkildə milli-mənəvi dəyərlərin aşılanmasına yönəlib”, - deyə bildirdi: “Lakin bu tədbirlərin əvəzində xalqın qan yaddaşını təzələyəcək heç bir iş görülmür. Eyni halda mənəvi dəyərlərə qarşı baş qaldıran müqavimət, müqavimətlə cavablandırılır. Belə ki, gün keçdikdə oruc tutanların və mənəvi dəyərlərə əməl edənlərin sayı artır. Artıq insanlar üçün inanmağa bir şey qalmayıb. Allahın ətəyindən başqa tutmağa ətək qalmayıb. Xüsusilə müqəddəs aylarda bu tip tədbirlərin keçirilməsi ilə hakimiyyət bir daha sübut etdi ki, müqəddəs və mənəvi dəyərlərə etinasız yanaşır.”

Eldəniz bəy onu da bildirdi ki, bu tədbirlərin hamısı xüsusi və düşünülmüş formada təşkil edilir: “Baş verənləri freskanın bir hissəsi kimi götürsək, məlum olar ki, bunlar hamısı idarə edilir. Bir neçə il bundan öncə qəzetlərdə peyğəmbərin təhqirini, məscidlərin sökülməsini, azan və hicab qadağasını, eyni halda son zamanlar dindarların şərlənərək kütləvi şəkildə həbs edilməsini nəzərə alsaq, şahidi olarıq ki, mozayka bir şəkil alınıb və o şəkilin adı düşünülmüş siyasətdir.”
Source : Faktxeber
Comment