0
Saturday 28 July 2012 - 23:22

CIA və MI6 İsrail kəşfiyyat idarəsi tərəfindən idarə olunur

Story Code : 183012
CIA və MI6 İsrail kəşfiyyat idarəsi tərəfindən idarə olunur
CIA və MI6 İsrail kəşfiyyat idarəsi tərəfindən idarə olunur
Islam times.org/az/ - İran hərbi birləşmələrinin rəisi General Mayor Həsən Firuzabadi cümə günü jurnalistlərə açıqlamasında deyib: “Bugün İslam düşmənlərinin kəşfiyyat idarələri vahid şəkildə iş görürlər, bu da onu göstərir ki, Sionistlərin kəşfiyyat idarəsi olan Mossad ABŞ-ın CİA və İngiltərənin Mİ6 kəşfiyyatının idarəçiliyini öz əlinə götürüb.”

Firuzabadi əlavə edərək deyib ki, Qərb hegamon gücləri İran İslam İnqilabının Müsəlman dünyasına təsirini və bu inqilabın bütün dünyadakı İslami oyanışa təkan verməsini qarşısını almaq üçün əllərindən gələni edirlər.

O deyib: “İran İslam İnqilabı dünyanın imperilasit sisteminə ciddi zərbə vurmuş və ölümü Sionistlərin gözünün önünə gətirmişdir.”

İranlı komandir Sionistlər tərəfindən idarə olunan və insanlığın düşməni olan Qərbin hegamon güclərini İslam Respublikasına qarşı hər hansı bir hiylə və hücum planına görə ciddi xəbərdarlıq edib.

Firuzabadi həmçinin ABŞ-ı terrorist qrupları maliyyələşdirməkdə, təlimlər keçməkdə və onları Pakistan və Suriya kimi ölkələrdə münaqişə və ixtilaf yaratmaq üçün istifadə etməkdə günahlandırmışdır.

O Sionistlərin planlarının Qüds də daxil olmaqla bütün Fələstin ərazilərini işğal etmək və dünayanın idarəçiliyini öz əllərinə keçirməkdən ibarət olduğunu bildirib.
Source : Islamtimes
Comment