0
Tuesday 31 July 2012 - 11:59

İdmançı hicabla tatamiyə çıxacaq

Story Code : 183740
İdmançı hicabla tatamiyə çıxacaq
İdmançı hicabla tatamiyə çıxacaq
"Əl-Cəzirə" kanalının verdiyi məlumata görə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya oyunlarında müsəlman idmançılara hicabla iştirak etməyə rəsmi icazə verilib. Bu günlərdə cüdo yarışlarında tatamiyə çıxacaq Ərəbistanı təmsil edən Səray Əbdülrəhim Şakerkani, hicablı formada medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, əvvəlcə idmançının cüdo yarışlarında hicablı iştirakına müsbət baxılmasa da, sonradan idmançının təkidi ilə Beynəlxalq Olimpiya Komitıəsinin rəsmiləri cüdoçunun iştirakına icazə verib. /FaktXeber/
Comment