0
Friday 3 August 2012 - 20:19

"Qarabağın azadlığı uğrunda ölən insan - şəhiddir"

Story Code : 184617
"Qarabağın azadlığı uğrunda ölən insan - şəhiddir"
"Qarabağın azadlığı uğrunda ölən insan - şəhiddir"
Ərdəbildən olan deputat: "İran parlamentində Qarabağın Azərbaycana aid olmasını möhkəm müdafiə edəcəyik"

"Biz İran parlamentində Qarabağı və oranın Azərbaycana və islama aid olmasını möhkəm müdafiə edəcəyik". Bu sözləri İran İslam Respublikası İslam Şurası Məclisinin (parlamentin) Ərdəbil şəhəri üzrə millət vəkili Mənsur Həqiqətpur bildirib.
Mənsur Həqiqətpur vurğulayıb: "Qarabağ - İslam torpağıdır. Bizim torpaqdır. Biz ermənilərin və sionistlərin Qarabağdakı hərəkətlərini qətiyyətlə pisləyirik. Biz sionistləri Azərbaycan üçün yaxşı dost bilmirik. Əgər Azərbaycan Respublikasına etiraz edirik ki, nə üçün sionistləri Azərbaycanda yerləşdirirsiniz? Buna görədir ki, nəhayətdə onlar Azərbaycanın xeyrini istəməyəcəklər və indi də bunu Qarabağdakı saxta seçkidə görmək olar. Əcnəbilər gəlirlər Qarabağda seçki keçirib onu müşahidə edirlər ki, buranın Azərbaycana və islam torpağına aid olmasını yaddan çıxarsınlar. Amma vurğulamalıyam ki, nə qədər zaman keçsə də, nə qədər il ötsə də, bu həqiqəti yaddan çıxarmayacağıq ki, Qarabağ islam torpağıdır. Qarabağı müsəlman Azərbaycan xalqı azad edəcək.
“Ermənistan ilə Azərbaycan Respublikası arasında savaş başlayanda biz Ayətullahül-üzma Xameneyi cənablarından istiftat etdik (şəri hökmü bilmək üçün sual ünvanladıq) ki, ermənilər Qarabağı tutublar. Vəzifə nədir? Ayətullahül-üzma Xameneyi cənabları isə buyurmuşdur ki, Qarabağ islam torpağıdır və hər kəs oranın azadlığı uğrunda və qeyri-müsəlmanların ora hökmran olmağına qarşı hərəkətdə canını itirsə şəhid hesab olunur". (HaqqYolu)
Comment