0
Sunday 5 August 2012 - 12:49

BMT-nin Suriyaya qarşı qətnaməsinin arxasında terrorizmi dəstəkləyənlər durur

Story Code : 185074
BMT-nin Suriyaya qarşı qətnaməsinin arxasında terrorizmi dəstəkləyənlər durur
BMT-nin Suriyaya qarşı qətnaməsinin arxasında terrorizmi dəstəkləyənlər durur
Islam times.org/az/ - BMT Baş Assambleyasının cümə günündə keçirilən iclasında Ale Həbib bu qətnamənin Suriya münaqişəsinin həllində maneə olduğunu və BMT və beynəlxalq qanunlara zidd olduğunu bildirib.

İranlı nümayəndə deyib: “Bu Suriyadakı terrorist qruplarının silahlanmasının və dəstəklənməsinin arxasında kimin durduğuna sübutdur. Təəssüflər olsun ki, bu dövlətlərdən bəziləri Suriyaya qarşı qətnamənin qəbul olunmasında mühüm rol oynayır.”

Bu açıqlama cümə günü Baş Assambleyanın Suriya hökumətinə qarşı qətnaməni qəbul etdikdən sonra edilmişdir.

Səudiyyə Ərəbistan tərəfindən dəstəklənən qətnaməyə əsasən Suriyadakı bütün tərəflər zorakılığa son qoymalıdırlar.

Ale Həbib qeyd edərək bildirib ki, BMT-nin sonuncu qətnaməsi nə Suriyaya xarici müdaxilənin qarşısını alır, nə də ki, ekstremistlər tərəfindən həyata keçirilən terror aktların mane olur.

Ale Həbib həmçinin BMT Ərəb Liqası nümayəndəsi Kofi Annanın istefasından təəssüfləndiyini bildirimiş və Qərb dövlətlərini Annanın diplomatik fəaliyyətini alt-üst etdikləri üçün ittiham etmişdir.
Source : İslamtimes
Comment