0
Thursday 16 August 2012 - 17:19

İslam Rəhbəri Beynəlxalq Qüds Gününü geniş tədbirlərlə keçirtməyə səsləyib

Story Code : 188079
İslam Rəhbəri Beynəlxalq Qüds Gününü geniş tədbirlərlə keçirtməyə səsləyib
İslam Rəhbəri Beynəlxalq Qüds Gününü geniş tədbirlərlə keçirtməyə səsləyib
Islam times.org/az/ - Çərşənbə günü yüzlərlə İran İraq müharibəsi veteranları ilə görüşən İslam Rəhbəri deyib ki, Qüds Günündəki izdihamlı nümayiş İslam və Fələstin düşmənlərinə qorxu verəcək.

İslam Rəhbəri Fələstin ərazilərinin işğalını və bu ərazidə İsrail rejiminin yaradılmasını Yaxın Şərqdəki şərrin mənbəyi kimi təsvir edib.

İslam Rəhbəri deyib: “İsrail rejiminin yaradılması baş verməsəydi, bu zaman bu müharibələr, imperialistlər tərəfindən müdaxilələr və zülmlər baş verməzdi.”

Ayətullah əl üzma Xamenei Müsəlmanlara İsrail və onun müttəfiqlərinin Fələstin məsələsini unutdurmaq cəhdlərinin qarşısını alamq üçün çağırışlar etmiş və İran İslam İnqilabını Fələstin məsələsənin unutdurulması qarşısında ən böyük maneə adlandırmışdır.

Ayətullah əl üzma Xamenei qeyd edərək bildirib ki, Fələstini İsrail və onun müttəfiqlərinin işğalından azad etmək bütün dünya müsəlmanalrının dini vəzifəsidir.
Source : İslamtimes
Comment