0
Monday 18 January 2010 - 17:05

SEYYİD HƏSƏN NƏSRULLAH: "ZƏİF LİVANIN YERİNİ GÜCLÜ BİR LIVAN DÖVLƏTİ ƏVƏZ ETDİ"

Story Code : 18838
SEYYİD HƏSƏN NƏSRULLAH: "ZƏİF LİVANIN YERİNİ GÜCLÜ BİR LIVAN DÖVLƏTİ ƏVƏZ ETDİ"
Həsən Nəsrullah çıxışında: "Zəif Livanın yerini güclü bir Livan dövləti əvəz etdi. Livan ordusu, xalqı və dirənişinin mübarizəsi nəticəsində işğalçılar bu torpaqlardan zəlil olaraq çıxarıldı. Livan yeni bir mərhələyə qədəm qoydu. 1982-ci ildə İsrail rejiminin işğalçı qüvvələri Livana daxil olaraq paytaxt Beyrutu ələ keçirdi. Bu işğalla böyük İsrail layihəsini həyata keçirməyi yenidən canlandırdı. Lakin aradan keçən bir neçə il müddətdən sonra, livanlı dirənişçilər öz təmiz qanları və əfsanəvi mübarizəsilə işğalçı israili zəlil və xar olmuş halda ölkədən çıxartdı. Bu addım böyük israil planının tənəzzülünün elanına bir işarə idi". Bu barədə "zehranet" saytı xəbər verir.

"Livandakı bu qələbədən bir neçə ay sonra Fələstində Əqsa intifadası başlandı. İntifada möhtəşəm bir dirənişə çevrildi. Bununlada "böyük İsrail" planı nigarançılıqa düçar olmağa başladı... Sonra sionistlərin bu məyusluqdan doğan qəzəbi Qəzzaya yönəldi. Və Qəzzanı dənizdə boğmağa çalışdılar. Lakin qəzzalılar öz dirənişlərilə onları çıxarmağı bacardı. İnşaallah işğalçıların özləri dənizdə boğulacaqlar.

Bundan əvvəl 2006-cı ildə "Hizbullah" dirənişinin qarşısında zəlil oldular. İsrail rejimi bu gün böyük böhran içindədir. Bu haqda liderləri, partiyaları, ictimai adamları, qəzetləri, ictimai araşdırma təşkilatları müzakirələr aparırlar.

Əsla yenilməz deyilən amma bir qrup dirənişçi tərəfindən məğlubiyyətə uğrayan orduda böhran vardır. İsrail rejiminin qurumlarına və rejimə olan etibarlılıqda böhran vardır. Gələcəyə tuşlanan bir böhran...

İsrail rejimi bu gün müsəlman ölkələrini təhdid etməkdədir. Bu təhdidlərin mahiyəti sadəcə qorxaqları hürkütməkdədir.

Mübarizə meydanında olanlar və qələbənin şirinliyini dadanlar ümmətə yeni bir izzət və böyük tarixi qələbə əldə etmək üçün İsrail rejimi ilə qarşılaşmağı xüsusi istəklə gözləyirlər."
Comment