0
Saturday 18 August 2012 - 16:56

Nardaranda Qüds günü mərasimi

Story Code : 188619
Nardaranda Qüds günü mərasimi
Nardaranda Qüds günü mərasimi
Mübarək Ramazan ayının son cüməsi illər öncə İmam Xomeyni (r) tərəfindən Ümümdünya Qüds günü kimi elan edildikdən bu yana sionist qüvvələrin kürkünə qorxulu bir bit düşdü. Onlar müsəlmanlar tərəfindən hər il bu günün möhtəşəm və əzəmətli keçiriliməsindən öz qorxularını gizlətməyə bilmirlər. Dünyanın hər yerində olduğu kimi ölkəmizdə də Qüds günü müxtəlif məkanlarda qeyd olunur.

17 avqust 2012 ci il (28 ramazan) saat 19 00-da Bakının Nardaran qəsəbəsindəki İmam Hüseyn (ə) meydanında hər il olduğu kimi Qüds günü ilə əlaqədar mitinq keçirildi.

İlk öncə azan səsləndirildi. Kənd camaatı İmam Hüseyn (ə) meydanına toplaşdıqdan sonra ilahiyyatçı Əli Nur bu günün önəmindən söz açaraq, Qarabağ məsələsinin eyni ilə Qüds məsələsinin davamı olduğunu bildirdi. O, müsəlmanların, xüsusilə həmvətənlərimizin bu məsələyə daha ciddi yanaşmalı olduqlarını və onun əhəmiyyətini daha dərin dərk etməli olduqlarının zəruriliyindən danışdı. Sözünün davamında ölkəmizdə dindarların narkoman və s. adlarla şərlənərək həbs olunmalarını pisləyərək, iki hicab Şəhidi Hacı Vaqif və Füzuli Novruzovun xatirəsini yad etdi.

Sözünün sonunda sionistlərin Qüdsü tarixdən silmək istədiklərini vurgulayan natiq bu məqsədlə yeraltı tunellərin qazılmasını nümunə göstərdi. O, həmçinin qeyd etdi ki, sionistlərin əliylə vəhhabi muzdurları İraqda, Suriyada və s. yerlərdə günahsız insanları misli görünməmiş işgəncələrlə qətlə yetirirlər.

Daha sonra söz Nardaran ağsaqqallar şurasının sədri Məşhədi Natiqə verildi. Məşhədi Natiq qeyd etdi ki, bu gün Bakının bir neçə yerində o cümlədən Şəhid Hacı Vaqifin dəfn olunduğu məkanda, sionistlərin ölkəmizdəki səfirliyi önündə və s. yerlərdə Qüds günü aksiyaları keçirilib. Tədbirlərdə bölgələrdən gələnlər də iştirak edib.
Sonda qəbul olunmuş qətnamə oxundu və ABŞ, İsrail bayraqlarına od vuruldu.
17 avqust 2012-ci il, Müqəddəs Ramazan ayının son cümə günü
Beynəlxalq Qüds günü ilə əlaqədar olaraq Nardaran sakinlərinin

B Ə Y A N A T I

Bu gün Müqəddəs Ramazan ayının son cümə günü Beynəlxalq Qüds günüdür.
Qüds günü - Qarabağ, Əfqanistan, İraq, Suriya və digər İslam dərdlilərinin günüdür.
Qüds günü - Vətən günüdür.
Qüds günü - bütün işğal olunmuş torpaqların deyil, həm də işğal olunmuş əqidələrin, mənəviyyatların, işğal olunmuş tarixlərin və həqiqətlərin günüdür.

Sionist rejimin Livanın cənubunu bombalamasından sonra 1979-cu il 7-i avqustda İran İslam İnqilabının banisi İmam Xomeyni (r) dünya müsəlmanlarına çağırış edərək Ramazan ayının son cümə gününü Fələstin xalqina dəstək nümayiş etdirmək üçün Qüds günü təyin etmələrini istədi. Elə həmin ilin 19 avqust tarixində Qum şəhərində İmam Xomeyni (r) Qüds gününün əhəmiyyətini şərh edən çıxışında deyir: “Qüds günü Ümumdünyəvi gündür və təkcə Qüdsə aid deyil. Qüds günü müstəzəflərin imperialistlərin müqabilində dayandıqları gündür. Həmin gün müstəzəflər imperialistlərin və istismarçıların burnunu torpağa sürtməyə hazır olmalıdırlar. Qüds günü münafiqlərlə möminlərin ayrıldığı gündür. Möminlər həmin günü Qüds günü bilir və buna əsasən əməl edirlər. Amma fövqəldövlətərlə pərdəarxası danışıqlar aparan və İsraillə dost olan münafiqlər üçün bu günün digər günlərdən fərqi yoxdur. Və həmin münafiqlər xalqları aksiyalar keçirməyə izn vermirlər.”
Bu gün bütün dünya həqiqətsevərləri ilə birlikdə Nardaran camaatı da Qüdsün, Fələstinin və fələstinlilərin, həmçinin dünyanın hansı yerində olmasından asılı olmayaraq məzlumların, haqqı tapdananların yanında olduğunu bir daha bəyan edir. Bu gün Nardaran camaatı haqq səsini bir daha ucaldır. Bir daha işğalçı İsrailə, onun havadarı Amerikaya və digər işğalçılara lənət oxuyur. Bu gün bir daha məzlum Fələstin xalqının halına acıdığını bəyan edir, onların haqqlarının, torpaqlarının qaytarılmasını tələb edir, şərəf və izzətlərinin toxunulmazlığını saxlamağı istəyir.

Bir daha bütün dünyada, o cümlədən Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasına etiraz edir. Bu gün bir daha Nardaran təhsildə hicaba qoyulan qadağanın dərhal aradan qaldırılmasını, hicab məhbuslarının qeyd-şərtsiz azad olunmasını bir daha tələb edir. Son günlərdə həbxanalarda şəhid olan Vaqif Abdullayev və Füzuli Novruzovun xatirəsini əziz tutaraq bir daha yersiz və utanc gətirən böhtanlarla həbs edilən və saxlanılan dəyərli din xadimlərinin və möminlərin səsinə səs verir, aidiyyatı orqandan onların dərhal azadlığa buraxılmasını və ittihamların geri çəkilməsini tələb edir. Bu ittihamlar xəcalətverici və utancgətiricidir. Bu ittiham və böhtanlar məhz bu gün işğalçı kimi təqdim etdiyimiz İsrail, Amerika və bu kimi İslam düşmənlərinin Azərbaycandakı bəzi məmurlara sifarişindən başqa bir şey deyil.

Bütün həqiqət və haqq tələb edən insanlar kimi Nardaran camaatı da nəinki təkcə bu müqəddəs gündə, hər gün zülm və ədalətsizliklərə qarşı öz haqq səsini azaltmayacaq və həmişə haqq və ədalətin bərpası üçün mübarizə aparacaq.
Source : ihq.az
Comment