0
Sunday 19 August 2012 - 08:50

FİTR BAYRAMINIZ MÜBARƏK

Story Code : 188680
Fitr - Bayram
Fitr - Bayram
"İslamTimes" Bu mübarək bayram münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edir.

Bayram namazı

Bayram namazı iki rəkətdir. Hər rəkətdə Həmd və surə oxuduqdan sonra, 5 dəfə təkbir demək lazımdır. Yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxunsun və beşinci təkbirdən sonra bir təkbir də deyib rüku və iki səcdə edilsin. Sonra ayağa qalxıb ikinci rəkətdə dörd təkbir deyilir və hər iki təkbirin arasında bir qunut oxunur, dördüncü təkbirdən sonra bir təkbir də deyərək rüku və iki səcdə edib təşəhhüd oxunur, salam verilir.

Bayram namazının qunutunda hər hansı bir dua və zikri oxumaq olar, amma bu duanın oxunması yaxşıdır:

Əllahummə əhləl-kibriya`i vəl-əzəməti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi həzəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd və ən tuxricəni min kulli su`in əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.


İmamın (ə.f) qeybi zamanında Fitr və Qurban bayramlarının namazı camaatla qılınsa, lazım ehtiyat odur ki, ondan sonra iki xütbə oxunsun. Yaxşı olar ki, Fitr bayramının xütbəsində fitrə zəkatının hökmləri şərh olunsun.

Bayram namazının xüsusi surəsi yoxdur. Amma yaxşı olar ki, birinci rəkətdə «Şəms» (91-ci surə), ikinci rəkətdə «Ğaşiyə» (88-ci surə) surəsi, yaxud birinci rəkətdə «Səbbihismə» (87-ci surə), ikinci rəkətdə «Şəms» (91-ci surə) surəsi oxunsun.
Comment