0
Monday 20 August 2012 - 10:22

Ramil Səfərov məhbuslara namaz qılmağı öyrədib

Story Code : 188815
Ramil Səfərov məhbuslara namaz qılmağı öyrədib
Ramil Səfərov məhbuslara namaz qılmağı öyrədib
“İki gün öncə Ramil zəng etmişdi, Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik etdi. Bir xeyli söhbətdən sonra həbsxanada 2 nəfər macar məhbusu İslama dəvət etdiyini dedi. Onlar da Ramillə bərabər Ramazan ayını oruc tutublar.

Ən maraqlısı isə odur ki, Ramil onlara namazı uca səslə oxuyaraq, öyrədib. Onlar Ramilin kamerasından bir neçə kamera aralıda cəza çəkirlər. Ramil deyir namazın sözlərini kağıza yazıb, necə qılınmasını isə şəkillərlə cızma-qara çəkib o iki macar məhbusa göndərirmiş, onlar da öyrənirmiş”.

Azərbaycanlı zabit Ramil Səfərovun Macarıstan paytaxtı Budapeştdə həbsdə saxlanılmasından 8 ildən çox zaman ötür. O, 2004-cü il fevral ayının 19-da Azərbaycan bayrağını təhqir edən erməni hərbçi Qurgen Markaryanı öldürməkdə təqsirli bilinib. Müəyyən zamanlarda onun vətənə ekstradisiyası məsələsi gündəmə gətirilsə də, bu istiqamətdə hələki müsbət nəticə əldə edilməyib. /Modern.az/
Comment