0
Tuesday 21 August 2012 - 09:22

Türkiyədə partlayış baş verib: 8 nəfər ölüb, 65 nəfər yaralanıb

Story Code : 188925
Türkiyədə partlayış baş verib
Türkiyədə partlayış baş verib
APA-nın İHA-ya istinadən verdiyi xəbərə görə, əhali BDP-nin Şehitkamil qəsəbə binasına od vurub.

Əraziyə çoxlu sayda yanğınsöndürən və polis cəlb edilib.

***
Qaziantepdə ikinci partlayış baş verib. APA-nın TRT-yə istinadən verdiyi məlumata görə, şəhərin Yuxarı Bayır Məhəlləsində baş verib. Məlumata görə, bu partlayışda da ölən və yaralananlar var.

***
Türkiyənin Qaziantep bölgəsində baş verdiyi partlayışda 8 nəfər ölüb, 50 nəfərdən artıq yaralanıb.

***
Türkiyənin Qaziantep bölgəsində partlayış baş verib.

APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, terrorçular şəhər polis idarəsinin yanındakı dayanacaqda saxlanılmış avtomobildə patlayıcı maddələri uzaqdan komandayla idarə edərək, partlayış törədiblər.

Partlayış nəticəsində dayanacaqdakı iki sərnişin avtobusu alovlanıb, ətrafdakı maşınlar zədələnib, ev və iş yerlərinin pəncərələri qırılıb. Aralarında polislərin də olduğu çoxlu sayda şəxs yaralanıb.

Məlumata görə, partlayışı PKK terrorçuları törədib.
Comment