0
Thursday 23 August 2012 - 15:18

Rusiyanın Qərbə sərt cavabı

Story Code : 189482
Rusiyanın Qərbə sərt cavabı
Rusiyanın Qərbə sərt cavabı
Rusiyanın Xarici İşlər Nazirliyi Suriya məsələsində BMT Təhlükəsizlik Şurasındakı rəftarına görə Rusiyanı günahlandıran Qərbin "ikiüzlü” siyasət yeritdiyini bildirib.

Nazirlikdən verilən açıqlamada: "Rusiya Suriya məsələsinin həll olunması yolunda Cenevre müqaviləsinə sadiq qalınmasını, Suriya hökuməti və müxaliflər arasındakı silahlı qarşıdurmaların son çatdırılmasını, tərəflər arasında görüşmələrin başlamasını dilə gətirib. Lakin buna baxmayaraq, Qərbli ortaqlarımız bu məsələlərə qarşı laqeyd yanaşır və Cenevre müqaviləsini qorumaq əvəzinə, müqavilənin vaxtının bitdiyini önə çəkirlər.

Üstəlik bu vəziyyətdə Qərb BMT Təhlükəsizlik Şurasındakı mövqeyinə görə Rusiyanı günahlandırır. Rusiyanın bu cür günahlandırılması ikiüzlülükdü və bu siyasətə önəm verilməməlidir", - deyə qeyd olunub.
Source : XezerXeber
Comment