0
Saturday 25 August 2012 - 15:28

Azərbaycanlıları İranda qalma müddəti 90 günə qədər artırıla bilər

Story Code : 189914
Azərbaycan - İran
Azərbaycan - İran
Bunu Bakıda səfərdə olan İranın xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini Seyyid Abbas Əraqçi deyib.

“Hazırda bu məsələ ilə bağlı bir neçə təklif var. Biz bu təklifləri araşdırırıq. Bu məsələ diqqət mərkəzindədir. İranın müxtəlif strukturları ilə razılaşdırılmalı olan məsələlər var. Onlar fikir bildirdikdən sonra bu müddət artırıla bilər”, – Əraqçi qeyd edib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar 5-31 avqust tarixlərində Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunur.
Azərbaycan və İran arasında viza rejimi 2010-cu ilin fevral ayından ləğv olunub. /Trend/
Related Stories
Comment