0
Sunday 26 August 2012 - 19:00

Tehranda 27 prezident bir araya gələcək

Story Code : 190192
Iran - Prezident
Iran - Prezident
Şənbə günü İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst sammitlə bağlı mətbuat konfransında jurnalistləri maraqlandıran mövzulara aydınlıq gətirib. Mehmanpərəst sammitdə Suriya xarici işlər nazirinin də qatılacağını bildirib. Mehmanpərəst bildirib ki, Qoşulmayanlar Hərəkatı BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilatdır. İran XİN-nin sözçüsü deyib: “Ümid edirik ki, Tehran sammitinə qatılanlar müxtəlif mövzularda ümumi nəticəyə gələcəklər.” Mehmanpərəst bu sammiti İran tarixində ən böyük beynəlxalq toplantı kimi qeyd edib. Bu günə qədər Tehrana 108 nümayəndə heyət daxil olub. Sammitdə nüfuzlu şəxslərin bir araya gəlməsi regional problemlərin həllinə yol açacaq – düşünür Mehmanpərəst. Sammitin sözçüsü məsuliyyətini də daşıyan Ramin Mehmanpərəst sammiti 600-700 xarici jurnalistin izləyəcəyini bildirib. Türkiyənin sammitdə iştirakı barədə suala cavablandıran Mehmanpərəs bildirib ki, NATO üzvü olan dövlət nizamnamə əsasında bu sammitdə iştirak edə bilməz. Qoşulmayan Hərəkatının üzvləri heç bir hərbi blokun üzvü olmamalıdır. /HaqqYolu/
Comment