0
Wednesday 29 August 2012 - 15:28

Vəsiqəli fahişələr (01:22)

Story Code : 191061
Vəsiqəli fahişələr (01:22)
Vəsiqəli fahişələr (01:22)
İndi isə daha maraqlı bəzi faktları nəzərinizə çatdırırıq. Gəncə-Goranboy,Tovuz və Göygöl rayonlarında apardığımız araşdırmalardan aydın oldu ki, bu bölgələrdə journalist vəsiqələri olan fahişələrin fəaliyyəti daha da genişlənib. Məsələn, iş adamı Səməndər Kərimovun dediklərinə diqqət ayıraq. Onun sözlərinə görə ona bu tip fahişələrin vasitəsi ilə 3 diplom verilib. Diplomların üçü də xeyriyyəçiliyə görə verilib. Onun sözlərinə görə,öncə qəzetin baş redaktoru zəng edib, sonra iki qadın gəlib və diplomun birini 50 manatdan veriblər. Həmçinin 100 manat olarsa səhərə qədər onun yanında qalacaqlarını da bildiriblər. Çox maraqlıdır ki, məsələnin daha real və ciddi olması üçün, bəzən Mətbuat Şurasının aktibi adı ilə zənglərdə edilir. Apardığımız araşdırmalardan aydın oldu ki, həqiqiətən də bir nəfər Əsəd adlı şəxs rayonlara zənglər edir və Mətbuat Şurasının katibi adından danışır. Səməndər Əliyevin dediyinə görə bu diplomlardan sonuncusunu 12 manata alıb. Çünki daha diplom istəmədiyini bildirib və buna görə yalvarıblar ki, yalnız diplomun salındığı ramkanın pulunu versin. Çox maraqlı başqa bir fakt isə budur ki, bu cür iş adamlarını şantaj etməyin də yeni forması tapılıb. Məsələn, Gəncədə yaşayan bir iş damından 200 manat pul istənilib. O isə bundan imtina edib. Bir həftədən sonar “Qnunçular” adlı qəzeti məhlədə görüb və bu qəzetdə onunla bağlı şantaj dolu yazı dərc edilib. Aydın olub ki, iki qadın onun yaşadığı küçəyə gələrək Məhəllədə olan mənzillərin hər birinə bir qəzet veriblər. Sonda razılaşıblar ki, 200 manatla məsələ bağlansın. Ən gülməlisi isə bu olub ki, adı çəkilən qəzetdən cəmi 200 nüsxə dərc olunub və hamısı maşında imiş. Bütün qəzetlər iş adamına verilib və məsələ bununla bitib.
PAT.AZ saytı bunu da aydınlaşdırdı ki, ümumiyyətlə belə bir qəzet qeydiyyatdan keçməyib. Elə maraqlı məsələlərdən biri də budur. Aydın oldu ki, əsasən Tovuzun ucqar kəndlərində vəsiqəli fahişələrin fəaliyyəti daha da genişlənib. Bunların isə əməlləri daha maraqlıdır. Belə ki, hakimiyyətdə olan müəyyən şəxslərin şəkilləri üz qabığında dərc olunan jurnallar kəndlərdə icra nümayəndələrinə,bələdiyyə üzvlərinə 25-50 manat arasında satılır və bildirilir ki, bu pullar hansısa “xeyriyyəçiliyə” sərf olunacaq. Halbu ki, həmin jurnallarda qeyri-qanuni nəşr olunur və heç birinin qeydiyyatı belə yoxdur. Jurnalı almaq istəməyənlər isə hədə ilə üz-üzə qalır və onlar haqqında yuxarılara ciddi şikayətlərin olacağı söylənilir.
İndi isə daha gülməli bir faktı nəzərinizə çatdıraq. Aydın olub ki, vəsiqəli fahişələr ölkənin bəzi rayonlarının icra başçılarını da ələ ala biliblər. Yenə də jurnal vasitəsi ilə. PAT.AZ-in apardığı araşdırmadan da bəlli olur ki, müəyyən şəxslər hansısa icra başçısının şəkilini jurnalda dərc edir və şəkilin altında icra başçısının adından hakimiyyətin, prezidentin xeyrinə fikirlər qeyd olunur. Bu jurnal isə bir nüsxədən ibarət olur. Dərc olunan jurnal icra başçısına verilir və qarşılığında 200-500 manat arası pul alınır. Beləliklə bir jurnalda orta səhifədə ki, icra başçısnın adı yenidən dəyişdirilir və həmin jurnal yenidən bir nüsxə dərc olunaraq növbəti icra başçısına təqdim edilir. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Yaxın günlərdə isə daha aktiv, vəsiqəli fahişələrin kimlikləri ilə tanış ola biləcəksiniz. /HaqqYolu/
Comment