0
Wednesday 29 August 2012 - 16:46

Pan Gi Mun: “İran regional böhranların həllində mühüm vasitəçilik rolunu oynaya bilər”

Story Code : 191070
Pan Gi Mun
Pan Gi Mun
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranda səfərdə olan BMT baş katibi Pan Gi Mun Tehranın “Mehrabad” hava limanında jurnalistlərə açıqlamasında deyib. Belə bir mötəbər tədbirə dəvət edildiyi üçün İrana təşəkkür edən P. Mun bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI zirvə toplantısının Tehranda keçirilməsi mühüm əhəmiyyət daşıyır: “Ümid edirəm ki, İranın yüksək səviyyəli rəsmiləri ilə konstruktiv müzakirələr edəcəyik. Daha çox da İran mədəniyyəti və tarixini öyrənmək istəyirəm”.

Qeyd edək ki, BMT baş katibini hava limanında İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai, səhiyyə naziri Mərziyə Vahid Dəstcerdi və Tehran valisi Mürtəza Təməddün qarşılayıb. Onun bugünkü proqramında İran parlamentinin sədri Əli Laricani və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşlər var.
Comment