0
Wednesday 29 August 2012 - 17:52

"Musa Sədr sağdır"

Story Code : 191097
"Musa Sədr sağdır"
"Musa Sədr sağdır"
Livanın xarici işlər naziri Ədnan Mənsur Qoşulmayanlar Hərəkatının 16-cı Zirvə Toplantısında iştirakı zamanı İmam Musa Sədr barədə maraqlı çıxış edib. İranın "İSNA" agentliyinə verdiyi müsahibəsində İmam Musa Sədrin hələ də sağ olduğunu bildirən livanlı nazir, yaxın zamanlarda onun ortaya çıxacağını bildirib. "İmam Musa Sədr və onun yaxınlarının həqiqətən sağ olduğuna əminik və yaxında onlar ortaya çıxacaq"-deyə Livanın xarici işlər naziri Ədnan Mənsur bildirib.

Qeyd edək ki, 1978-ci ilin avqust ayında İmam Musa Sədr və iki yaxını devrilən diktator Müəmmar Qəzzafinin hökuməti dövründə Liviyanın paytaxtı Tripoliyə gəlmiş və naməlum şəxslər tərəfindən qaçırılmışdı. /Faktxeber/
Comment