0
Saturday 1 September 2012 - 08:27

Bu da arxalandığımız ABŞ...

Story Code : 191674
Bu da arxalandığımız ABŞ
Bu da arxalandığımız ABŞ
ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Tommi Vietor Azərbaycan zabiti Ramil Səfərovun əfvinə münasibət bildirib.

ANS PRESS-in Ağ evin internet saytına istinadən verdiyi məlumata görə, Tommi Vietor Barak Obamanın Macarıstandan Azərbaycana qayıdan Ramil Səfərovun əvfindən narahat olduğunu bildirib. “Ramil Səfərov 2004-cü ildə Budapeştdə Ermənistan ordusunun zabitini qətlə yetirdiyini etiraf edib və ömürlük həbs cəzası alıb. Biz Azərbaycan hökumətinə təəssüfümüzü çatdıracağıq. Bu addım regionda gərginliyin azaldılmasına, barışığa və yardıma xidmət etmir”.


Ağ Ev nümayəndəsi bəyan edib ki, Birləşmiş Ştatlar Macarıstandan da izahat gözləyir.
Related Stories
Comment