0
Saturday 1 September 2012 - 09:23

İrəvanda kütləvi etirazlar başlayır

Story Code : 191684
İrəvanda kütləvi etirazlar başlayır
İrəvanda kütləvi etirazlar başlayır
“Armtoday”in verdiyi məlumata görə, aksiyanı təşkil edən müxalif “Ayazn” təşkilatıdır.

Aksiya təşkilatçılarının məqsədi Macarıstanda ömürlük həbsdə olan azərbaycanlı zabit Ramil Səfərovun azadlığa buraxılmasına etiraz etməkdir.

Məlumata görə, təşkilat Ermənistan XİN-i qarşısında ölkə hakimiyyəti qarşısında bir neçə tələb irəli sürəcək. Sonradan etiraz aksiyası Macarıstanın bu ölkədəki səfirliyinə qədər yürüşlə davam edəcək.

“Ayazn” təşkilatı iddia edir ki, Ramil Səfərovun Azərbaycana ekstradisya edilməsində günahkar Ermənistan hakimiyyətidir. Onların fikrincə, erməni hakimiyyəti uzun illər bu mövzuya heç bir diqqət ayırmayıb, bundan sonra isə nəyisə dəyişdirmək gücündə deyil. /anspress/
Comment