0
Tuesday 4 September 2012 - 11:03

İran ABŞ təyyarəsinin eynini istehsal etdi

Story Code : 192595
Iran - Pilotsuz
Iran - Pilotsuz
İran müdafiə nazirinin müavini Məhəmməd Eslemi ötən ilin dekabrında salınan ABŞ təyyarəsinin texnologiyası ilə özlərinə uzun mənzilli təyyarə hazırladıqlarını açıqlayıb. Məhəmməd Eslemi ölkə sərhədləri içərisində salınan ABŞ-ın RQ-170 Sentinel hava texnikasının texnologiyasını kopyalayaraq, yeni bir pilotsuz təyyarə istehsal etdiklərini söyləyib. Eslami 1.000 kilometrə qədər uça bilən təyyarənin ən son həyata keçirilən manevrdə sınandığını da ifadə edib. Təyyarənin mərmilərlə silahlandırılmağa başlandığını qeyd edən Eslemi deyib: "Bununla da İnqilab Mühafizləri 1.000 kilometrlik məsafədəki hədəfi qısa müddətdə vurmaq qüdrətinə malik olacaq".

İranın ABŞ və İsrailin oktyabr ayında birgə həyata keçirəcəyi manevrə qarşı həyata keçirəcəyi hava təlimlərində daha yeni pilotsuz təyyarələrini sınaqdan keçirəcəyi bildirilir. /Deyerler/
Comment