0
Tuesday 4 September 2012 - 14:54

Klinton acı həqiqəti etiraf etdi

Story Code : 192665
Klinton acı həqiqəti etiraf etdi
Klinton acı həqiqəti etiraf etdi
"IslamTimes" İsrailin "Yediot Ahronot" qəzetinə istinadən xəbər verir ki, ABŞ xarici işlər naziri Hillari Klinton İndoneziyaya səfər çərçivəsində mətbuat konfransında iştirak edib. Klinton deyib: "İran sülhməqsədli nüvə enerjisinə yiyələnmək haqqına malikdir. Amerika da İranın bu haqqını rəsmi şəkildə tanıyır."

Bütün bunlara baxmayaraq Klinton İranı ittiham etmək üçün bəhanə də tapa bilib. O bildirib ki, İran gərək beynəlxalq öhdəçiliklərinə sadiq qala.

İslam Respublikası MAQATE müfəttişlərinə nüvə stansiyalarına baxış keçirməyə, hətta kamera vasitəsi ilə nəzarətə belə icazə verib. Amma bir veto hüquqi ilə bütün dünyanı ayaq altına alan ABŞ bu mövzuda da bütün dəlillərə göz yumaraq İranın sülhməqsədli nüvə enerjisini bir təhlükə olaraq dünyaya tanıtmaq niyyətindədir.
Comment