0
Tuesday 4 September 2012 - 18:57

Ruhani Füzuli Novruzovun həbsxanada ölüm səbəbi hələ də bəlli deyil

Story Code : 192743
Ruhani Füzuli Novruzovun həbsxanada ölüm səbəbi hələ də bəlli deyil
Ruhani Füzuli Novruzovun həbsxanada ölüm səbəbi hələ də bəlli deyil
Avqustun 16-da Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində vəfat edən ruhani Füzuli Novruzovla bağlı tibbi ekspertizanın nəticələri hələ açıqlanmayıb. Məlumatı sentyabrın 4-də Suraxanı rayon prokurorunun köməkçisi Vaqif Hüseynov verib.

Mərhum Füzuli Novruzov bu ilin fevralında şərlənərək həbs olunmuş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunaraq 1 il azadlıqdan məhrum edilmişdi.

Mediada yayılan məlumatlarda onun İslam Partiyasının üzvü olduğu göstərilib. Amma partiya sədrinin müavini Akif Heydərli bu faktı təsdiqləməyib. Mərhumun tanışlarının açıqlamasına görə, Füzuli Novruzov Lökbatan qəsəbəsində yaşayıb, fəal dindar kimi tanınıb. Bu ilin fevralında polis onu həbs edəndə infarkt keçiribmiş.(mediaforum)
Source : Mediaforum
Comment